29 sentyabr 2013 21:25
Vaqif Sadıqov: Heç-heçə ədalətli nəticə idi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı. Fikrimcə, heç-heçə ədalətli nəticə idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra “Simurq”la çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım”.
