29 sentyabr 2013 21:32
“Bu gün əsas məqsəd məğlub olmamaq idi”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş AZAL-la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdu. Hər iki komandanın qol vurmaq şansları oldu”.
