30 sentyabr 2013 00:12

2 qolluq heç-heçələr turu

Topaz Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, üç gün ərzində oynanılan 8-ci turun görüşləri daha çox qolsuz heç-heçələr və beş matçda cəmi iki qolun vurulması ilə yadda qaldı.
 
Hesabat turunun açılış matçında cari mövsümdə işləri o qədər də yaxşı getməyən iki komanda - “Xəzər Lənkəran”la “İnter” qarşılaşdı. Son iki turda qələbə qazanan cənub təmsilçisinin bu görüşdə də 3 xala sevinəcəyini gözləyənlər daha çox idi. Çünki son pillələrdə gedən “bankirlər”lə müqayisədə Con Toşakın komandası ardıcıl qələbələrdən sonra özünə gəlmiş görünürdü. Amma lənkəranlılar rəqibindən daha yaxşı təsir bağışlamasına rəğmən, “İnter”lə görüşdə yenə xalsız qaldı. Bu üzdən qara zolaqdan çıxmağa çalışan paytaxt klubunun bu qələbəsini bir qədər sensasion da saymaq olar.
 
Qeyri-sabit qrafik cızan “Bakı” bu tur “Sumqayıt”ı qəbul etdi. Bəzi oyunlarda xal itirsə də, sərgilədiyi futbola görə daha şanslı sayılan “zolaqlılar”ın qələbə qazanacağı çoxlarında şübhə doğurmurdu. Amma Aqil Məmmədovun komandasının əvvəlki turda “Neftçi”dən xal aldığını da unutmaq olmazdı. Sumqayıt təmsilçisi “ağ-qaralar”la oyunda olduğu kimi, digər paytaxt təmsilçisinə də ciddi müqavimət göstərdi. Amma ikinci hissədə Mindauqas Kalonasın vurduğu yeganə qol “Sumqayıt” üzərində qələbə üçün yetərli oldu. Bu qol “Bakı”nı turnir cədvəlində irəli saldığı kimi, litvalı futbolçunun da bombardirlər yarışında zirvəni ələ keçirməsinə şərait yaratdı.
 
Şənbə günü daha bir görüş liderlər qrupunda qərarlaşan “Qarabağ”la “Neftçi” arasında baş tutdu. İndiyəqədərki milli çempionatların yeganə iştirakçıları olan bu klubların duelinə maraq böyük idi. Çünki eyni xala malik komandalardan hansı qalib gəlsəydi, liderliyi ələ keçirmiş olacaqdı. Lakin bu dəfəki Azərbaycan derbisində nə qol vuran, nə də üç xal qazanan oldu. Tərəflərin bu xal bölgüsü isə daha çox ötən turdan vahid liderliyi ələ keçirən “Qəbələ”nin işinə yaradı.
 
“Qəbələ”dən söz düşmüşkən, bu komanda da hesabat turunda “Simurq”la qarşılaşdı. Çox inamlı çıxış etməsə də, daim liderlərə baş ağrısı olan, üst pillələrdə qalmağa çalışan Zaqatala klubu öz stadionundakı təmir işləri başa çatmadığına görə Yuri Syominin komandasını da Bakıda “qonaq etdi”. Bu qarşılaşmada da azarkeşlər qol görə bilmədilər. Baxmayaraq ki, “Qəbələ”nin matçın böyük hissəsini azlıqda keçirən “Simurq”u cəzalandırması üçün əla şans da yaranmışdı. Amma qəbələlilər bu say üstünlüyündən yararlana bilmədilər və görüş sülhlə başa çatdı. Hər halda qazanılan bir xal “Qəbələ”nin vahid liderliyi ələ keçirməsi üçün yetərli oldu.
 
Turun qapanış matçında isə iki paytaxt klubu üz-üzə gəldi. Çempionatın aşkar autsayderlərindən birinə çevrilən “Rəvan” AZAL ilə üz-üzə gəldi. Son oyunlarda ardıcıl xal itkiləri ilə üzləşən Vaqif Sadıqovun komandası nəhayət bu görüşdə qələbə qazanmağı hədəfləmişdi. Amma uğursuz gedişata son qoymaq istəyən “aslanlar” “təyyarəçilər”in bu arzusunu gözündə qoydu. Tərəflərin bütün səylərinə baxmayaraq, bu görüşdə də qapılara qol vuran tapılmadı.
 
Topaz Premyer Liqası
8-ci tur
 
Xəzər Lənkəran – İnter – 0:1
Qol: Matiya Spiçiç, 10.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 76 (qeyri-idman hərəkəti) - Aleksandr İaşvili, 31 (qeyri-idman hərəkəti); Səlahət Ağayev, 36 (bilərəkdən vaxtı uzatdığına görə); Vaqif Cavadov, 45+2 (qeyri-idman hərəkəti); İlqar Ələkbərov, 57 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 58 (simulyasiya).
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
27 sentyabr 2013. Lənkəran şəhər mərkəzi stadionu. 6500 tamaşaçı.
 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov (18. Tural Cəlilov, 69), 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (55. Ağabala Ramazanov, 73), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 22. Deyvid Sakkoni (7. Sadio Tounkara, 46), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 53), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (7. Ruslan Əmircanov, 56), 88. Derlis Meza Kolli (5. Slavço Georgiyevski, 86).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 22. İlço Naumoski, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Bakı – Sumqayıt – 1:0
Qol: Mindauqas Kalonas, 63.
Sarı vərəqələr: Yure Travner, 52 (qeyri-idman hərəkəti); Etto, 88 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün) - Slavik Alxasov, 18 (oyunun bərpasını gecikdirdiyi üçün); Vüqar Əsgərov, 34 (simulyasiya); Anar Nəzirov, 55 (hakimin qərarına etiraz); Adil İbrahimov, 62 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
28 sentyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
 
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvares, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 11. Rauf Əliyev (21. Elvin Məmmədov, 90+3), 12. Etto, 16. Xavyer Junior Vilson (10. Aleksandar Soliç, 61), 20. Mindauqas Kalonas (15. Alberto Noquera, 89), 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios.
Ehtiyat oyunçular: 28. Elxan Əhmədov, 19. Marius Pena, 27. Rəhman Hacıyev, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (10. Ruslan Qurbanov, 68), 86. Elşən Abdullayev (77. Mirzağa Hüseynpur, 82), 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 20. Sabir Allahquliyev.
Baş məşqçi: Aqil Məmmədov.
 
Neftçi – Qarabağ – 0:0
Sarı vərəqələr: Karlos Kardoso, 24 (qeyri-idman hərəkəti); Flavinyo, 29 (rəqibi əl ilə tutduğuna görə); Erik Ramos, 68 (hakimin qərarına etiraz); Bruno Bertuççi, 80 (rəqibi əl ilə tutduğuna görə) - Reynaldo Silva, 17 (qeyri-idman hərəkəti); Ansi Aqolli, 22 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 71 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə kömıkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
28 sentyabr 2013. Bakı. “Bakcell Arena” stadionu. 2500 tamaşaçı.
 
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 77), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 83), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (11. Melvin Platye, 62).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitrseki, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 11. Nikolas Gelaşvili (10. Muarem Muarem, 67), 17. Vüqar Nadirov (16. Corc Leroy, 79), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 88. Ulrix Kapolonqo.
Baş məşqçi: Qurban Qurbanov.
 
Simurq – Qəbələ - 0:0
Sarı vərəqələr:  Rəşad Eyyubov, 52 (qeyri-idman hərəkəti); Anderson Oliveyra, 87 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: İlkin Qırtımov, 36 (köməkçi hakimi təhqi etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
29 sentyabr 2013. Bakı. “Şəfa” stadionu. 600 tamaşaçı.
 
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 90+1), 15. Stepan Polyak (30. Raul Kostin, 69), 18. Tural Axundov, 22. Salif Ballo (16. Məhərrəm Hüseynov, 80), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 20. İdan Vaytsman, 62. Cavad Kazımov.
Baş məşqçi: Georgi Çixradze.
Qəbələ: 25. Dieqo Kosta, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 75), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (11. Yannik Kamanan, 53), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 8. Nizami Hacıyev, 84. Deyan Kelhar, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
 
Rəvan – AZAL – 0:0
Sarı vərəqələr: Miloş Adamoviç, 55 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 62 (qeyri-idman hərəkəti); Cəmşid Məhərrəmov, 72 (perspektivli hücumun qarşısını aldığına görə) - Samuel Barlay, 43 (qeyri-idman hərəkəti); Xuan Fransisko, 60 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
29 sentyabr 2013. Bakı. “Bayıl Arena” stadionu. 300 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev (19. Hüseyn Axundov, 72), 9. Elnur Abdulov, 10. Sebastyan Kastro-Tello, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev (33. Sohib Savankulov, 84), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 17. Ramazan Abbasov, 23. Kristian Torres.
Baş məşqçi: Vladislav Qədirov.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (30. Yuri Fomenko, 88), 10. Con Oluremi, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay (31. Şəhriyar Rəhimov, 46), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 14. Habil Nurəhmədov, 16. Feddi Borq.
Baş məşqçi: Vaqif Sadıqov.
 
  1 Qəbələ 8 5 1 2 13 7 6 16
  2 Qarabağ 8 4 3 1 11 4 7 15
  3 Neftçi 8 4 3 1 10 5 5 15
  4 Bakı 8 4 1 3 16 7 9 13
  5 AZAL 8 4 1 3 8 10 -2 13
  6 Simurq 8 3 3 2 7 6 1 12
  7 XL 8 2 3 3 6 8 -2 9
  8 İnter 8 2 1 5 14 15 -1 7
  9 Sumqayıt 8 1 2 5 5 13 -8 5
  10 Rəvan 8 1 2 5 3 18 -15 5
 
Bombardirlər:
5 - Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.