29 sentyabr 2013 11:12
Rəşad Sadiqov: Qarabağla heç-heçə ədalətli nəticədi
“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- “Qarabağ”la oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Qol vurulmasa da, matçın özü çox maraqlı alındı. Fikrimcə, bu oyunda hər iki komanda bir xal qazandı. Yəni, oyunun nəticəsi ədalətli oldu.

- “Neftçi” birinci hissədəki oyununu ikinci hissədə təkrarlaya bilmədi. Buna nə səbəb oldu?
- Bəli, ilk yarıda biz daha fəal idik. Qol vəziyyətləri yaradırdıq, daha çox pressinq tətbiq edirdik. Amma bütün 90 dəqiqə ərzində eyni tempdə oynamaq mümkünsüzdü. İstər-istəməz yorğunluq sözünü deyir.

- Konkret nəyi nəzərdə tutursuz?
- Belə oyunlarda bu cür hücum edib, pressinq tətbiq edib, qol vura bilmirsənsə, bu, komandada məyusluq yaradır. Yəni təkcə fiziki yorğunluq yox, həm də ruh düşkünlüyü yaranmış olur.

- Düşünmürsüz ki, bu xal itkiləri mövsümün sonunda sizə baha başa gələ bilər?
- Bütün komandalar xal itirəcəklər. Çempionatdakı rəqiblərimizi nəzərə alsaq, bu, şübhə doğurmur. Bu xal itkiləri normaldı. Çünki futbolda daim qazanmaq olmur. Bəzən xal itkiləri ilə də üzləşməli olursan.

- Bu heç-heçə yenə “Qəbələ”nin vahid liderliyini qoruması üçün əla şans yaradıb...
- Onlar “Simurq”a qalib gəlsələr belə, aradakı xal fərqi elə də böyük olmayacaq. İstənilən halda hələ heç nə itirilməyib. Əsl mübarizə qabaqdadı.