29 sentyabr 2013 12:14
Land of Fire Azerbaijan ilə Real zəfər (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 7-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə “Bakı”nın tərəfdaşı “Atletiko” da növbəti oyununu keçirib.
Sözügedən komanda turun mərkəzi qarşılaşmasında əzəli rəqibi “Real”la qarşılaşıb. Madrid derbisində “Land of fire Azerbaijan” formalı “Atletiko” rəqib meydanında minimal hesablı qələbəyə sevinib. Dieqo Koştanın 11-ci dəqiqədə vurduğu qol erkən qol “Azərbaycan komandası”na ardıcıl 7-ci qələbəni qazandırmış olub.

Qeyd edək ki, “Atletiko” “Barselona” ilə birgə geridə qalan yeddi turun bütün oyunlarından qalib ayrılıb və hazırda 21 xala malikdi.