29 sentyabr 2013 12:37
Rəvan AZAL ilə oyuna hazırlığı başa vurdu
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Rəvan” AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu görüş öncəsi “aslanlar” "Bayıl stadionu”nda son məşqə çıxıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında 1 saat davam edən məşqdə futbolçular oyunöncəsi son hazırlıqları yerinə yetirib. Taktiki-texniki çalışmalar üzərində qurulan məşqdə futbolçular asmalar və onların qapanması, o cümlədən qapıya zərbələr və standart vəziyyətlər üzərində işləyib. Hazırlıqlarda zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, bütün futbolçular iştirak edib.
Qeyd edək ki, "Bayıl Arena”da keçiriləcək "Rəvan” – AZAL oyunu saat 19:00-da başlayacaq.
