29 sentyabr 2013 14:32

Stepan Polyak: Qəbələyə qalib gəlmək indi daha çətindi

“Simurq”un xorvatiyalı yarımmüdafiəçisi Stepan Polyakın azerisport.az saytına müsahibəsi
 
- Sizi bu tur “Qəbələ” ilə oyun gözləyir. Liderlə görüşdən nə gözləyirsiz?
- Bizi çox ağır oyun gözləyir. “Qəbələ” Premyer Liqanın liderlərindən biridi. Yuri Syomin güclü kollektiv yaradıb. Amma biz son üç turdakı kimi oynasaq, rəqibə şans yeri qoymayacağıq.
 
- “Simurq” “Qarabağ”la oyunda daha çox müdafiə olunurdu...
- Biz bu mövsüm daha çox məhz bu taktikadan yararlanırıq. Oyunu əks-hücum üzərində qurmaq bizdə yaxşı alınır.
 
- Liderlə oyunda da belə oynayacaqsız?
- Fikrimcə, indi daha çox hücuma diqqət yetirmək lazımdı. Amma qələbə ilə yanaşı heç-heçə də bizi qane edəcək.
 
- “Qəbələ”nin hücum xətti “Qarabağ”dan daha inamlı təsir bağışlayır. Bu, sizi qorxutmur?
- Bu, heç nəyi dəyişmir. Bizim də öz hədəflərimiz var. Bu oyunda məğlub olmaq bizim planlarımıza daxil deyil.
 
- Son dörd oyunda bu rəqibinizə məğlub olmamısız. Ona görə belə əmin danışırsız?
- Əvvəlki oyunların statistikası indiki zamanda heç bir önəm kəsb etmir. Hər iki komandanın heyətində xeyli dəyişiklik olub. “Qəbələ” ötən mövsümlə müqayisədə çox güclənib. İndi onlara qalib gəlmək daha çətindi.
 
- “Simurq”un bu mövsüm vurduğu yeddi qoldan üçü sizin hesabınızdadı. Komandanız niyə belə az qol vurur? Hücumçularınız nə işlə məşğuldu?
- Bizim yaxşı hücumçularımız var. Sadəcə seçdiyimiz taktika səbəbindən hələlik az qol vururuq. Amma hər oyunda kifayət qədər qol vəziyyətlərimiz olur.
 
- “Simurq”un bombardiyi ola biləcəksiz?
- Baxarıq, görək necə olacaq. “Slaven Belupo”da çıxış edərkən ən məhsuldar oyunçu olmuşdum. Amma indi qarşımda belə bir hədəf yoxdu. Əsas komandamın qələbə qazanmasıdı. Lakin qol vurmağa davam etməyin də əleyhinə deyiləm.

- Bəs “Simurq”un öz hədəflərinə çatmaq şansları nə dərəcədə yüksəkdi?
- Biz mövsümə pis başlamamışıq. Amma turnir cədvəlindəki vəziyyət elədi ki, hər tur böyük dəyişikliklər olur. Məsələn, biz bu tur “Qəbələ”yə qalib gəlsək, öz hədəflərimizə bir qədər də yaxınlaşmış olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.