30 sentyabr 2013 18:14
Xəzər Lənkəran Qarabağı neytral meydanda qəbul edə bilər
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”la ev oyununu neytral meydanda keçirə bilər. Azerisport.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Lənkəran şəhər stadionunun qazonu hazırda ideal vəziyyətdə deyil. Bu üzdən də qazonun yaxşılaşdırılması üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.
Belədə “ağ-yaşıllar” 11-ci tur çərçivəsində qəbul etməli olduğu “Qarabağ”la oyunun başqa arenada keçirilməsi qərara alınıb. Bu oyunun oktyabrın 27-də keçiriləcəyini də qeyd edək.
Maraq üçün bildirək ki, “Xəzər Lənkəran” 9 və 10-cu tur çərçivəsində rəqibləri ilə səfərdə qarşılaşmalı olacaq.
