30 sentyabr 2013 11:18

Bruno Bertuççi: Qəbələnin liderliyində heç bir problem görmürəm

“Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la oyunu necə qiymətləndirə bilərsiz?
- Bu, iki güclü komandanın qarşılaşması, Azərbaycan derbisi idi. Fikrimcə, qolsuz heç-heçə ədalətli nəticə oldu.
 
- Amma matçın statusunu nəzərə alsaq, çoxları ən azından bu oyunda bir qolun vurulacağına ümidli idi...
- Əlbəttə, mən də elə düşünənləri anlayıram. Fikrimcə, qol vurmağı hər iki komanda çox istəyirdi. Amma təəssüf ki, alınmadı. Uşaqlar əllərindən gələni etdilər. Hər halda bu, kənardan da hiss olunar.
 
- Oyunun aqressiv şəkildə keçməsi də qol vura bilməməyinizə görə idi?
- Mən belə deməzdim. Adi oyun idi. Heç bir aqressivlik yox idi. Sadəcə, futbolumuzu oynayırdıq.
 
- Məsələn, siz rəqib futbolçunun zərbəsinə tuş gəldiniz. Ondan sonra oynamaq çətin deyildi ki?
- Öncə bir qədər ağrı olsa da, sonradan hər şey qaydasına düşdü. Təbii ki, toqquşma anında dözmək çətin olur. İndi hər şey normaldı. Yaşayacağam.
 
- Bu heç-heçə “Qəbələ”nin yenidən vahid olmasına şərait yaratdı...
- Çempionat hələ indi sürət götürür. Əsl mübarizə qarşıdadı. Ona görə də “Qəbələ”nin indiki liderliyində heç bir problem görmürəm.
 
- Yeri gəlmişkən, “Neftçi”ni növbəti turda məhz “Qəbələ” ilə oyun gözləyir...
- İndi bu oyundan danışmaq tezdi. Amma onu deyə bilərəm ki, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu komandanı qabaqlamağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.