30 sentyabr 2013 11:51
Xəzər Lənkəran Rəvanla matça Mbillasız hazırlaşır
Topaz Premyer Liqasının 8-ci turunda “İnter”ə məğlub olan “Xəzər Lənkəran” fasiləsiz məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, komanda artıq üç gündü ki, Lənkəranda havaların yağmurlu keçməsinə baxmayaraq ehtiyat meydançada “Rəvan”la matçın hazırlığına başlayıb.
“İnter”lə oyunda çiyinindən zədələnən Mbilla Etame hələ ki, məşqlərə qoşula bilmir. Bu gün və sabah məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” sabah günorta saatlarında Bakı şəhərinə yola düşəcək.
Qeyd edək ki, bu komanda oktyabr ayının 4-də “Rəvan”ın qonağı olacaq. (klub saytı)
