1 oktyabr 2013 00:06
Baş katib yığma komanda ilə görüşdü (FOTOREPORTAJ)
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardanibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, E.Məmmədov Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 10-da İrlandiya, 2 gün sonra Bosniya və Herseqovina, oktyabrın 15-də isə İsveç komandası ilə qarşılaşacaq.
Yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları İsveçdə təşkil olunacaq.
Turnirə hazırlıq çərçivəsində komandamız oktyabrın 1-dən 7-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.
