30 sentyabr 2013 13:35
Vladimir Levin: Qəbələ Neftçiyə qalib gələcək gücdədi
“Qəbələ”nin kapitanı Vladimir Levinin azerisport.az saytına müsahibəsi
- “Simurq”la oyun barədə nə deyə bilərsiz?
- Çox təəssüf ki, qələbə qazana bilmədik. Baxmayaraq ki, bunun üçün əlimizdən gələni etdik. Rəqib azlıqda olduğundan komandamız bütün oyunu hücumda keçirdi. Sadəcə, qol çatışmadı. Halbuki, qələbə qazanmaq bizim üçün çox vacib idi. Amma rəqibin də haqqını yemək olmaz. Onlar çox yaxşı müdafiə olundular.
- Yəni qol vura bilməməyinizdə hücumçularınızın bacarıqsızlığının payı yoxdu?
- Biz öncədən də bilirdik ki, rəqib bizə çox qol vəziyyəti yaratmağa imkan verməyəcək. Elə də oldu. 100 faizli qol imkanlarımız çox az oldu. Amma bunu faciəyə çevirmək olmaz. Bu gün qol vura bilmədik, sabah mütləq alınacaq. Etiraf edirəm ki, biz “Simurq”la görüşdə qələbəyə layiq oynaya bilmədik.

- Deməli, heç-heçə ədalətli nəticədi?
- Prinsipcə, hə.
- Prinsipcə, hə.
- “Simurq”un kapitanı İlkin Qırtımov həqiqətən yan xətt hakimini söydüyü üçün meydandan qovuldu?
- Həmin epizoda yaxın deyildi. Amma ehtiyat oyunçular skamyasında oturanlar onun yan xətt hakimini necə təhqir etdiyini eşidiblər. Qırtımov bizim üçün xoş sürpriz etdi. Lakin ondan yararlana bilmədik.

- Heç-heçə sizi vahid lider etsə də, “Neftçi” ilə “Qarabağ”dan çox uzaqlaşa bilmədiniz...
- Çox təəssüf ki, bu şansdan yararlana bilmədik. Növbəti turda “Neftçi” ilə oynamalıyıq. “Qarabağ”ın necə oynamasından asılı olmayaraq, ən azından bakılılardan uzaqlaşmaq şansımız var və bundan yararlanmalıyıq. Biz “Neftçi”ni öz meydanımızda məğlub edəcək gücdəyik.
- Yəqin ki, əsas izləyicilərinizdən cəmi 1 xal öndə olmaq sizi qətiyyən rahatlaşdırmır...
- Bir tərəfdən ilk pillədə olmaq çox xoşdu. Digər tərəfdən turnir cədvəlinə o qədər də çox baxmaq, gələcəklə bağlı planlar qurmaq istəmirəm. Mövsümün əsas hissəsi hələ qarşıdadı. Turnir cədvəlindəki sıxlığı nəzərə alsaq, ilk pillədə olmağımızla qürur duya bilmərik. Çünki istənilən uğursuzluq liderliyi əldən verməyimizə səbəb ola bilər.