30 sentyabr 2013 14:50
Millimizin üzvü Almaniyada qol vurdu (FOTO)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Toğrul Erat Almaniyada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü “Fortuna”nın ikinci komandasında “Wiedenbrück” ilə görüşün iştirakçısı olub.
Oyun 4:1 hesabıyla Eratın komandasının xeyrinə başa çatıb. Millimizin forvardı da bu görüşdə fərqlənə bilib. Komandasının üçüncü qolunu 72-ci dəqiqədə məhz Toğrul vurub.
