30 sentyabr 2013 15:53
Türkiyə mətbuatı Arif İsayevlə Saşa Yunisoğlunun oyununa qiymət verdi
Türkiyə mətbuatı PTT Birinci Liqada mübarizə aparan “Dənizlispor”un azərbaycanlı futbolçuları Arif İsayevlə Saşa Yunisoğlunun çıxışına qiymət verib. Azerisport.az xəbər verir ki, bu komanda son turda səfərdə “Şanlıurfaspor”la qarşılaşdı.
3:0 hesabıyla ev sahiblərinin xeyrinə başa çatan görüşdə həmyerlilərimiz də ilk dəqiqələrdən meydanda idilər. Arif 55-ci dəqiqədə əvəzlənsə də, Saşa sona kimi mübarizə apardı.
Qardaş ölkə mətbuatı Arifin çıxışını iki ulduzla qiymətləndirib. Saşanın çıxışına isə 3 ulduzla qiymət verilib.
