30 sentyabr 2013 16:35
İqor Ponomaryov: Lansda azərbaycanlı futbolçuları görməyi çox istərdim
Veteran futbolçu, Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryovun azerisport.az saytına müsahibəsi
- “Bakı” ilə Fransanın “Lans” klubları arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində siz də iştirak etdiniz. Bu əməkdaşlığa münasibətiniz necədi?
- Əminəm ki, bu tarixi hadisə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək. “Lans” rəhbərliyi ilə bir çox məsələləri müzakirə etdik. Uşaq futbolu ilə bağlı çoxlu maraqlı təkliflər oldu. Çünki Azərbaycanda böyük potensiala malik çoxlu uşaqlar var. Bu əməkdaşlıq təkcə klub yox, həm də ölkələr arasındakı münasibətləri möhkəmləndirəcək.

- “Lans”ın prezidenti azərbaycanlı uşaqların bir il ərzində “Lans”da qalacağını söylədi. Bu, nəyi dəyişə bilər?
- Bizim futbolçular gənc dövrlərində yaxşı potensiala malik olduqlarını göstərsələr də, tezcə itib-batırlar. Bu, futbolumuzun ən böyük problemlərindən biridi. Amma “Lans”da futbolun sirlərini öyrənəcək həmin uşaqlar futbola daha peşəkar yanaşmağın sirrlərinə də sahib çıxacaqlar. Bir il az müddət deyil.

- Sizcə, “Lans” indiki oyunu ilə Fransa Liqa 1-nə çıxa biləcək?
- Niyə də yox? İndi beşinci yerdə gedirlər. Oyunlarını bir qədər də yaxşılaşdırsalar, ilk pilləyə də yüksələ bilərlər. İstənilən halda mən bu komandada azərbaycanlı futbolçuları görməyi çox istəyirəm.

- Siz “Bakı”da çalışmağa davam edəcəksiz?
- Biz bu barədə klub rəhbərliyi ilə danışmışıq. Amma rəsmi qərar verilməyib. Ona görə bir qədər də gözləmək lazımdı. Öz futbol biliklərimi “Bakı” ilə bölüşməyi istərdim.

- Bir müddət öncə sizin “Kəpəz”in sükanı arxasına keçəcəyiniz haqda xəbərlər dolaşırdı...
- Mən heç kimə belə bir söz deməmişəm. Mənə də belə bir təklif gəlməyib. Əgər Gəncə futboluna İsgəndər Cavadov cavabdeh olsaydı, imtina etməzdim. Çünki bir-birimizi yaxşı tanıyırıq. Amma “Kəpəz”dən mənə heç bir təklif gəlməyib.
- Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya ilə oyunlarından nə gözləyirsiz?
- Mən son iki oyundan elə də böyük uğur gözləmirəm. Çünki komandamız bütövlükdə bu tsilk ərzində elə də inamlı oyun sərgiləməyib. Ona görə nəyəsə ümid bəsləmək ağırdı. Şimali İrlandiyanı deyə bilmərəm, Rusiya Bakıya üç xal dalınca gələcək.

- Berti Foqts getsə, millidə nəsə dəyişə bilər?
- O gedəcək, başqası gələcək. İndiki zamanda baş məşqçidən çox az şey asılıdı. Onun əlinin altında yaxşı material olmalıdı ki, istifadə etsin. Yeni baş məşqçi gəlsə, ondan böyük nəsə tələb edə bilməyəcəyik. Çünki bir il, ilyarım vaxt tələb olunacaq. Yerli, yoxsa əcnəbi mütəxəssis? Bu suala cavab vermək istəmirəm. İstənilən halda yekun qərarı AFFA verəcək.

- Sizin məşqçilik karyeranızı başa vurduğunuzu demək olar?
- Mən əvvəllər məşqçi olmağı çox istəyirdim. Amma indi tutduğum vəzifədən asılı olmayaraq, Azərbaycan futboluna kömək etməyi düşünürəm. Yəqin ki, bu, yaşla bağlıdı. Lakin məşqçiliklə qurtardığımı da deməzdim. Hər şey ola bilər.