30 sentyabr 2013 16:56
Millimizin sabiq üzvü üçün iki ulduz
Türkiyə mətbuatı PTT Birinci Liqada mübarizə aparan “Tavşanlı Linyitspor”un “azərbaycanlı” futbolçusu Usim Ndukanın çıxışına qiymət verib. Azerisport.az xəbər verir ki, bu komanda son turda səfərdə “Mersin İdmanyurdu” ilə qarşılaşdı.
2:0 hesabıyla ev sahiblərinin xeyrinə başa çatan görüşdə millimizin sabiq üzvü də ilk dəqiqələrdən meydanda idi. Yığmamızın qapıçısı Andrey Popoviçin ehtiyatda qaldığı bu görüşdə Nduka sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qardaş ölkə mətbuatı Usimin çıxışını iki ulduzla qiymətləndirib.
