1 oktyabr 2013 18:08
1 ildən çox davam edən seriya qırıldı
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Rəvan” evdə AZAL komandasını qonaq etdi. Azerisport.az xəbər verir ki, “Bayıl Arena” da keçirilən oyunda hesab açılmayınca hər iki komanda 1 xal qazandı.
Amma bu 0:0-ın xüsusi özəlliyi də var. Belə ki, “aslanlar”ın Premyer Liqa matçlarında ilk dəfə AZAL-a qol vura bilmədiyi oyun 1 ildən çox davam edən seriyanın qırılması ilə nəticələndi. Axı “Rəvan” buna qədər elitada sonuncu dəfə ötən mövsümün əvvəlində qolsuz bərabərliyə razılaşmışdı. 2012/13 mövsümünün 4-cü turu çərçivəsində "Qarabağ”a qarşı keçirilmiş oyun 24 avqust 2012-ci il tarixinə təsadüf edir. Başqa sözlə, "Rəvan” Premyer Liqada düz 401 gündən sonra 0:0 oynadı. Maraqlıdır ki, komanda AZAL klubunun qol seriyasının qırılmasının baiskarı olub. Belə ki, bu oyuna qədər "təyyarəçilər” Topaz Premyer Liqasında ardıcıl 19 oyun meydanı qol vuraraq tərk etmişdi.
Evdə ardıcıl ikinci heç-heçəsinə razılaşan "Rəvan” üçün bu oyunun digər önəmli cəhəti komandanın Azərbaycan çempionatları çərçivəsində 120-ci görüşünü keçirməsi oldu. Belə ki, I divizionda 48 matça çıxan "aslanlar” Premyer Liqada 72-ci görüşünü keçirdi. Yubiley oyununda 24-cü heç-heçənin qeydə alındığını da qeyd edək. Ümumi balans idə belədir: +53 =24 -43; 174-153. Maraq üçün komandanın Azərbaycan çempionatları çərçivəsində evdə keçirdiyi 60-cı qarşılaşmada 14-cü dəfə "sülh” bağladığını da bildirək.
