1 oktyabr 2013 18:51
İnter Sumqayıtla oyuna hazırlaşır
Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq "İnter" klubu bu oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün növbəti məşqinə çıxıb.
"Şəfa" stadionunda keçirilən məşqdə isinmə hərəkətlərindən sonra topla müxtəlif tapışırıqları yerinə yetirən futbolçular gündəlik hazırlıq prosesini qapıya uzaqdan zərbələr endirməklə başa vurublar.
Əlavə edək ki, "İnter" sabah da məşq edəcək. "Sumqayıt" - "İnter" matçı oktyabrın 4-də, saat 16:00-da başlayacaq.
