1 oktyabr 2013 11:07

Rəşad Sadıqov: Neftçinin çempionluq şanslarının daha çox olduğunu düşünürəm

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- Nə vaxt yaşıl meydanlara qayıtmağa hazırlaşırsız?
- Ötən gün komanda ilə birgə məşqlərə başladım. Hələ ayağımda ağrılar var. Amma həkimlərin dediyinə görə, bunda təhlükəli heç nə yoxdu. Məşq edim, görüm necə olacaq.
 
- 9-cu turda oynaya biləcəksiz?
- Hələ bilmirəm.
 
- Komandanızın “Neftçi” ilə oyunu barədə nə deyə bilərsiz?
- Hər iki komanda ağıllı futbol sərgilədi, heç kim riskə getmədi. Demək olar ki, bütün futbolçular rəqibin səhvini gözləyirdi. Ola bilər ki, qolsuz bitən bu görüş kimlərəsə darıxdırıcı gəlsin. Amma şəxsən mənim üçün belə bir oyunu izləmək çox maraqlı idi. Mövsümün əvvəlində heç kim riskə getmək istəmir. İkinci hissədə bizim qol vurmaq şansımız olsa da, buna nail ola bilmədik.
 
- Bu komandaların oyunlarının “Avropa derbisi” adı almasına münasibətiniz necədi? Sizcə, bu, tez deyil ki?
- Mən bu oyunu Azərbaycan derbisi hesab edirəm. Bu, hər iki komanda üçün yeganə oyundu ki, ehtiyatlı oynamağa çalışırlar. Amma “Neftçi” də, “Qarabağ” da qalan rəqiblərinə qarşı hücum futbolu sərgiləyir.
 
- Artıq “Qarabağ” dörd turdu qələbə qazana bilmir. Problem nədədi?
- Problem axtarmaq vacibdi? Sadəcə, çempionat çətindi. Özünüz fikirləşin, dörd turdu qələbə qazana bilməsək də, “Qarabağ” yenə də liderlər qrupundadı.
 
- Amma “Qarabağ”dan çempionluq gözləyirlər...
- Biz digər rəqiblərimizdən ciddi fərqlənmirik. Bizi xüsusi qeyd etmək lazım deyil. Bizim futbolçular da arabir çempionluqdan danışmaqla səhvə yol verirlər. Aydın məsələdi ki, “Neftçi”, “Qəbələ”, “Bakı” və digər klublar kimi, biz də qızıl medallar üçün mübarizə aparırıq. Amma biz bu mübarizədə heç bir üstünlüyə malik deyilik ki, “Qarabağ”ı kimsə favorit hesab etsin. Əksinə, mən “Neftçi”nin çempionluq şanslarının daha çox olduğunu düşünürəm.
 
- Bəlkə Avropa Liqasından sonrakı psixoloji problemlər hələ də qalmaqdadı...
- Komandada heç bir psixoloji problem yoxdu. Xal itirdiyimiz hər bir oyunda uğursuzluğun öz səbəbi olub. Hər gün “Bakcell Arena” kimi yaxşı stadionlarda oynamırıq. Hərdən yaxşı arenadan pis qazona keçirsən, bəzən də süni örtüklü meydançaya. Azərbaycan çempionatının da öz çətinlikləri var və bunu başa düşmək lazımdı.
 
- Qarşıda sizi “Bakı” ilə oyun gözləyir. İlk dövrənin son matçından qalib ayrılsaz, “Neftçi” ilə “Qəbələ” də heç-heçə etsə, vahid lider ola bilərsiz...
- İndiki zamanda liderlik bizə heç nə verən deyil. Əsas sonuncu turda birinci yerdə olmaqdı. 10-15 tur lider olub, axırda çempion ola bilməmək çox pisdi. İndi daha vacib olan məsələlər komandadakı çatışmazlıqları yoluna qoymaq, sabit oyun sərgiləməkdi. “Bakı” ilə bizi çətin oyun gözləyir. Çox təhlükəli hücum xəttinə malikdilər. Əfran, Rauf, Kalonas, Cavid bu mövsüm inamlı çıxışları ilə seçilirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.