1 oktyabr 2013 11:28
Land of fire Azerbaijan ilə növbəti zəfər (VİDEO, FOTOLAR)
Futbol üzrə Fransa Liqa 2-də 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Hafiz Məmmədovun sahibi olduğu, “Bakı”nın əməkdaşlıq etdiyi “Lans” da növbəti matçına çıxıb.
Sözügedən komanda bu tur öz meydanında “Mets” qəbul edib. “Land of fire Azerbaijan” formalı “Lans” bu görüşdən əzmkar qələbə ilə ayrılıb – 3:2.
Qeyd edək ki, bu qələbə komandanı ikinci pilləyə qalxmasına yardımçı olub. “Lans” hazırda 17 xala malikdi.
