1 oktyabr 2013 11:49
Maksim Medvedev: Qarabağı ötən mövsümkü Bakı gözləmir
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacaqları “Bakı” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bakı” yaxşı komandadı. Artıq Milinko Pantiçin gördüyü iş hiss olunur. Bu üzdən də bizi ötən mövsüm gördüyümüz “Bakı” gözləmir. Futbolçuları da fərdi baxımdan çox artırıblar. Bunu əsasən Rauf Əliyevə, Əfran İsmayılova, Cavid Hüseynova aid edərdim. Rəqibimizin hücumdakı işləri yaxşı gedir. Bombardirlər cədvəlinə baxdıqda da bunu görmək olur. Amma hər şeyə rəğmən, biz də qələbə qazanmaq üçün çalışacağıq. Qələbə bizə çox lazımdı”.