1 oktyabr 2013 12:03
Gelaşvili ilə Sxadadze İspaniya ilə oyuna çağırıldı
Futbol üzrə Gürcüstan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Temuri Ketsbaya DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də İspaniyaya qarşı keçiriləcək oyuna 23 futbolçu çağırıb.
Siyahıda ölkəmizdə top qovan iki futbolçu da var. Bunlardan biri “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvili, digəri isə “İnter”in forvardı Baçana Sxadadzedi.
Qeyd edək ki, İspaniya – Gürcüstan oyunu Albasetedə keçiriləcək.
