2 oktyabr 2013 00:09
Rauf Əliyev: Qarabağla oyunda xal itirmək istəmirik
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi fikirlərini açıqlayıb. Ağdam klubunun sabiq hücumçusu keçmiş komandası ilə oyun ərəfəsində bunları dilə gətirib:
“Qarabağ” haqda çox danışa bilərəm. Futbolçu kimi bu komandada formalaşmışam. Ona görə komandanın heyətini yaxşı tanıyıram. Son turlarda onlar vacib xallar itiriblər. Bu üzdən “Bakı”ya qarşı ikiqat güclə hazırlaşacaqlar. Amma biz də qələbə üçün oynayacağıq. Çünki xal itkisinə yol vermək istəmirik. Rəqibimizdən fərqli biz hələ komanda kimi tam formalaşdığımızı deyə bilmərik. Bizə hələ də vaxt lazımdı. Lakin bu, “Qarabağ”ı məğlub edə bilməyəcəyimiz demək deyil”.