2 oktyabr 2013 00:24
Jan-Pyer Papen: Bakı Lans ilə əməkdaşlıqdan böyük fayda görəcək
Futbol üzrə Fransa yığmasının sabiq və əfsanəvi hücumçusu Jan-Pyer Papenin azerisport.az saytına müsahibəsi
- Siz Parisdəki Top Resa sərgisində “Bakı”nın stendinin qonaqlarından biri oldunuz. Təəssüratlarınız necədi?
- “Bakı”nın “Lans”la əməkdaşlığa bu qədər diqqət ayırması çox xoşuma gəlir. Bunu klubun sərgidəki stendi də aşkar şəkildə göstərirdi. İki klub arasında əməkdaşlıq müqaviləsinin imzalanmasını da yaxından hiss edə bildim. Fikrimcə, bu, komandaların tarixində önəmli bir hadisədi.

- Bu müqavilə “Lans”ın maliyyə vəziyyətinin daha yaxşılaşmasına kömək edəcək, eləmi?
- Əlbəttə. “Lans” bu müqavilədən qazanacaq. Amma eyni zamanda “Bakı” da bu əməkdaşlıqdan böyük fayda görəcək. Çünki bu, böyük bir layihədi və klubun inkişafında pay sahibi olacaq. Hafiz Məmmədov futbolu çox sevir. O, hər iki klubun inkişafına təkan verməyə çalışır. Bu əməkdaşlıqdan düzgün şəkildə istifadə olunsa, “Bakı”nın gənc futbolçuları yeni səviyyəyə qalxmış olacaqlar. Bildiyimə görə, “Lans”ın da maliyyə problemləri yoluna qoyulub. Əminəm ki, bir müddət sonra bu komanda daha yaxşı oynayacaq. Heyətlərində yaxşı futbolçuları var. Sadəcə, çalışmaq lazımdı.

- “Lans”ın Liqa 1-ə çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- “Lans” elitaya çıxmağa 3-4 əsas namizəddən biridi. Onların yaxşı şansları var. Komanda çempionata yaxşı başlayıb. İndi bu uğurlu seriyanı davam etdirmək lazımdı. Amma hələ proqnoz irəli sürmək üçün çox tezdi.

- 2007/08 mövsümündə “Lans”ın baş məşqçisi məhz siz olmusuz. Ardından “Şatoro”da çalışsaz da, o dövrdən bəri işsizsiz. Yenidən məşqçiliyə başlamaq istəmirsiz?
- Yaşayarıq görərik. Hələ ki, belə bir arzum yoxdu.

- Yığmanın heyətindəki son qolunuzu Azərbaycan yığmasına vurmusuz. Həmin qol yadınızdadı?
- Bəli. Bu, 1994-cü ilin sonlarında olmuşdu. Avropa Çempionatının seçmə mərhələsi çərçivəsindəki oyunda hesabı açmışdım. Amma həmin oyun Azərbaycanda yox, Trabzonda keçirilirdi. Ona görə də həmin vaxt Bakıya gələ bilməmişdik.

- Siz İspaniyanın “Atletiko” klubunun da Azərbaycanın reklamı olan formalarla oynadığını bilirsiz?
- Bəli. Bu, Azərbaycanın imicinə müsbət təsir göstərir. Çünki İspaniya və Fransada yaşayan insanlar ölkənizi daha yaxından tanımağa çalışırlar.