1 oktyabr 2013 12:44
AFFA-dan Sumqayıta və İlkin Qırtımova sərt cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Xəzər Lənkəran” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 10 və 59-cu dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Qəbələ” matçının 36-cı dəqiqəsində “Simurq” klubun futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
