1 oktyabr 2013 13:06
AZAL və Rəvanın futbolçuları diskvalifikasiya olundu
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 8-ci turunun oyunları ilə də bağlı müəyyən qərarlar çıxarılıb. Azerisport.az sizi həmin qərarlarla tanış edir.
“Bakı” – “Sumqayıt” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Rəvan” – AZAL oyununun 69-cu dəqiqəsində AZAL-ın futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Matçın 79-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Hakim İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Simurq” matçında “Qəbələ”nin 5, “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub.
