1 oktyabr 2013 13:57
Arazın UEFA Kuboku üçün heyəti açıqlandı
Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun əsas mərhələsi üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz qitənin ən nüfuzlu futzal turnirinə aşağıdakı heyətlə yollanacaq:
Qapıçılar: Buranello, Marat Salyanski, Elnur Zamanov;
Qapıçılar: Buranello, Marat Salyanski, Elnur Zamanov;
Meydan oyunçuları: Felipe, Elnur Qəmbərov, Maşado, Rafael, Marko Periç, Edu, Fabiano, Davi, Ramiz Çodarov, İsa Atayev, Vitali Borisov, Amadeu.
Qeyd edək ki, “Araz” UEFA Kubokunda 6-cı qrupda yer alıb və komandamız Rumıniyanın “Tarqu Mureş”, Belçikanın “Şatelino”, Yunanıstanın “Afina” klubları ilə mübarizə aparacaq.
Baş məşqçi Joze Alesionun yetirmələri ilk oyununu sabah Yunanıstan təmsilçisinə qarşı keçirəcəklər.
