1 oktyabr 2013 14:26
Viktor Mendi: Qəbələ öz meydanında Neftçiyə xal vermək fikrində deyil
“Qəbələ”nin hücumçusu Viktor Mendinin azerisport.az saytına müsahibəsi
- “Simurq”la qolsuz heç-heçə barədə nə deyə bilərsiz?
- Biz pis oynamadıq. Komanda hücumda oynadı, qol vurmaq üçün çox çalışdı. Amma bütün hücumlarda qol vurmaq üçün nəsə çatışmırdı. Nəticədə də qələbə qazanmaq şansını əldən verdik.
- Biz pis oynamadıq. Komanda hücumda oynadı, qol vurmaq üçün çox çalışdı. Amma bütün hücumlarda qol vurmaq üçün nəsə çatışmırdı. Nəticədə də qələbə qazanmaq şansını əldən verdik.
- Rəqib təxminən bir saata yaxın azlıqda oynadı. Amma yenə qol vura bilmədiniz. Buna nə mane oldu ki?
- Düzdü, biz sayca üstün olsaq da, meydanda bu, o qədər də hiss olunmurdu. Rəqib komanda çox yaxşı müdafiə olundu. İkinci hissədə onlar da bir qədər fəallaşdılar, bizim qol vurmaq üçün şanslarımız da oldu. Fikrimcə, bu matçda bacardığımız oyunu sərgiləyə bilmədik. Başqa cür desək, oyunumuz getmədi.

- İlk turlarda ardıcıl qollar vursaz da, son dövrlər yenə susqunluq dövrü keçirirsiz...
- Bəzən qol vura bilirsən, bəzən də yox. Futbolda belə hallar olur. Mən yenə öz üzərimdə çalışmağa davam edirəm. Meydanda da çox çalışmaq lazımdı.
- Bombardirlər siyahısında yarımmüdafiəçilərin daha çox qol vurduğunu görmək olur. Sizcə, hücumçular niyə fəal deyillər?
- Mənim fikrimcə, bütün bunlar müvəqqətidi. Hər şeyin qaydasına düşəcəyini düşünürəm. Bir qədər gözləmək lazımdı.
- Mənim fikrimcə, bütün bunlar müvəqqətidi. Hər şeyin qaydasına düşəcəyini düşünürəm. Bir qədər gözləmək lazımdı.
- Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir...
- Onlar da bizim kimi yaxşı oyun sərgiləməyə çalışırlar. Bu oyunda da müsbət nəticə qazanmağa çalışacağıq. “Neftçi” güclü komandadı. Amma biz evdə oynayacağıq. Öz meydanımızda xal itirmək istəmirik. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Sadəcə öz futbolumuzu oynamaq lazımdı. Belədə nəticə də gələcək.
- Bu oyunun prinsipallığı ondan ibarətdi ki, siz qələbə qazansaz, izləyicilərinizdən uzaqlaşmış olacaqsız. “Neftçi” qalib gələcəyi halda isə, “Qəbələ”ni qabaqlayacaq...
- Əlbəttə, bu da vacib əhəmiyyət daşıyır. Amma biz bu barədə düşünməməliyik. Əsas hədəfimiz bu oyuna daha yaxşı köklənməkdi. Güclü qalib gələcək.