1 oktyabr 2013 15:38
“Londonda başa düşürlər ki, biz Azərbaycandan gəlmişik”
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rəcəb Fərəczadə İngiltərənin “Bakı Yunayted” klubuna keçidi ilə əlaqədar azerisport.az saytına müsahibə verib.
- London klubuna keçidiniz necə alındı?
- Mövsümün sonunda “Araz”dan “Ekol”a keçmişdim. Bu yaxınlarda İngiltərə çempionu “Bakı Yunayted”ə kömək etmək təklifi aldım. Şübhəsiz ki, bu təklif üzərində çox düşünmədik. Amma hələ də “Ekol”un oyunçularıyıq. London klubunda icarə əsasında oynayacağıq.

- Nə vaxta qədər?
- UEFA Kubokunun birinci mərhələsi zamanı bu komanda ilə birgə olacayıq. Sonra qayıdacağıq. Mümkündü ki, növbəti mərhələyə keçsək, qalaq.

- Bəs sizi daim əsas heyətdə görmək istəmirlər?
- Hələ ki, belə bir təklif olmayıb. Əgər olsa, danışıqların necə gedəcəyinə baxacağıq. Çox şey komandanın UEFA Kubokundakı nəticələrindən asılı olacaq.

- Çexiya “Xrudim”i, Sloveniya “Litiya”sı və Kipr “Omoniya”sı ilə oyunlarda bu komandanın mərhələ adlamaq şanslarını necə qiymətləndirirsiz?
- Rizvanla məni bu komandaya əbəs yerə çağırmayıblar. Fikrimcə, bu qrupdan çıxa bilərik. Sentyabrın 18-dən bu komanda ilə birlikdəyik. İspaniyada təlim-məşq toplanışından olduq. Artıq dörd gündü oyunların keçiriləcəyi Kiprdəyik. Adətən, komandalar oyun günü və oyuna bir gün qalmış səfərə yollanır. Amma biz dörd gün öncədən burdayıq. Yəni bu dərəcədə ciddi hazırlaşmışıq.

- “Bakı Yunayted”in oyunçuları azərbaycanlı futzalçıları necə qəbul etdilər?
- Heç bu qədər isti qarşılanacağımızı gözləmirdik. Yəqin ki, hardan gəldiyimizi yaxşı başa düşürlər (gülür). Komandada ingilis, ispan, braziliyalı, serbiyalı, bosniyalı futzalçılar da var.

- Komandaya uyğunlaşmaqla bağlı problem olmayacaq?
- Bizim üçün hər cür şərait yaradılıb. Bu da daha yaxşı uyğunlaşmağımıza yardımçı olur. Fikrimcə, bu baxımdan problemlə üzləşməyəcəyik.