1 oktyabr 2013 16:47

Dünya futbolu hələ belə penalti görməmişdi (VİDEO)

Xəbər verdiyimiz kimi, dünən U-17 Liqanın 1-ci turu çərçivəsində keçirilmiş “İnter” - “Qəbələ” matçı böyük qalmaqalla yadda qaldı. Azerisport.az xəbər verir ki, qalmaqalın səbəbkarı isə matçın bah hakimi Elməddin Əsgərov oldu.
 
Belə ki, o, “İnter”in oyunçusunun əl ilə oynamasını əsas gətirərək 11 metrlik cərimə zərbəsi təyin etdi, halbuki ondan başqa hamı həmin epizodda hər hansı bir əl ilə oyunu görmədi və əl ilə oyundan söhbət belə gedə bilməzdi.
 
“İnter”in U-17 komandasının baş məşqçisi Vəli Hüseynov həmin epizodu belə şərh edib: “Həmin epizod komandamızı tamamilə sındırdı. Orada penalti yox idi və hamı bunu gördü. Düşünürəm ki, belə hakimlər oyunları idarə etməsinlər. Axı belə qərarlarla onlar gənc futbolçuların psixikasını pozur. Bəli, biz hesabda geridə idik, iki qırmızı vərəqə aldıq, lakin buna baxmayaraq uşaqlar sonadək mübarizə apardılar. Bizim futbolçulara heç bir iradımız yoxdur. Ancaq çox istərdik ki, bu hakimin qərarları cəzasız qalmasın, əks halda onun hərəkətlərindən digər komandalar da zərər görə bilər”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.