2 oktyabr 2013 18:46

“Mənim Rusiya yığması ilə öz haqq-hesabım var”

Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Hannover” klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin azerisport.az saytına müsahibəsi
 
- Almaniyada işləriniz necə gedir?
- Hər şey əladı. Zədəm artıq geridə qalıb. Yaxşı forma yığmışam. Hələ birinci komandaya düşə bilmirəm. Ona görə baş məşqçi Mirko Slomkadan xahiş etdim ki, oyun təcrübəsindən əziyyət çəkməmək üçün ikinci komandada oynamağıma şərait yaratsın.
 
- Bəs əsas komandada nə vaxt oynayacaqsız?
- Zədə məni çox geri saldı. Amma baş məşqçi mənə bildirib ki, əsas komandada oynayacağam. O, mənə özümü göstərmək üçün şans verəcək.
 
- Son oyunda cəmi yeddi dəqiqə oynadınız...
- Soyuqdəymədən əziyyət çəkdiyim üçün özümü pis hiss edirdim. Ona görə baş məşqçidən məni əvəzləməsini istədim.
 
- Yenidən Azərbaycan yığmasına çağırılmısız...
- Ciddi sözünüzdü? Heç bilmirdim.
 
- Nə əcəb sizi xəbərdar etməyiblər?
- Berti Foqts mənə demişdi ki, Slomka ilə danışacaq, ondan sonra mənə dəvət göndərəcək. Mənə heç nə deməyiblər. Amma əgər çağırıldığımı deyirsizsə, deməli, lazım biliblər. Bu dəvəti gözləyirdim. Hətta indidən özümü qarşıdakı oyunlara kökləməyə çalışıram. Hər halda “Hannover” kimi komandada məşq etmək mənə çox yardımçı olur. Düşünürəm ki, özümü yaxşı tərəfdən göstərə biləcəm.
 
- Şimali İrlandiya və Rusiya ilə oyunlardan nə gözləyirsiz?
- Mən müsbət nəticəyə köklənmişəm və düşünürəm ki, komandamız istəyinə çatacaq. Rusiya ilə oyunu xüsusi qeyd etmək istərdim. Bu, əsl derbi olacaq. Ona görə bu oyuna sonuncu döyüş kimi yanaşıram.

- Niyə?
- Onlar Moskvadakı oyunda bizə altı qol vuracaqlarını demişdilər. Amma son dəqiqələrdə mübahisəli penalti ilə qalib gəldilər. Halbuki, orda penalti yox idi. Mən rəqib futbolçunu cərimə meydançasında yıxmamışdım. Ona görə də Rusiya ilə öz haqq-hesabım var. Bakıda onları məğlub etməli, layiq olmadığımız ilk oyundakı yenilginin qisasını almalıyıq.
 
- Berti Foqtsun bu tsiklin ardından postundan gedişi gözlənilir...
- Bu barədə heç nə deyə bilmərəm. Buna AFFA rəhbərliyi qərar verəcək.
 
- Amma Almaniyada çıxış edən futbolçu kimi baş məşqçinin alman olması sizin üçün daha sərfəli deyil?
- Azərbaycan yığmasının baş məşqçisinin kim olmasının mənim üçün fərqi yoxdu. İstər yerli olsun, istər əcnəbi, istərsə də afrikalı. Əsas olan yaxşı nəticələr qazanmağımızdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.