2 oktyabr 2013 11:31
“Hətta Bavariya da dəyişdi, amma Azərbaycan millisində dəyişiklik yoxdu”
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərovun azerisport.az saytına müsahibəsi
- Futzalı izləyirsiz?
- Əlbəttə. İngiltərə futzalının tarixinə düşən “Bakı Yunayted”in çıxışı məni çox sevindirir. Onların bizim iki oyunçumuzu – Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadəni almaları da xoş oldu. Lakin təəssüf ki, bizim futzalda belə yaxşı məqamlar çox azdı. Məsələn, yığma komandamız ümidləri doğrulda bilmir.

- Deməli, qarşıdakı Avropa Çempionatı öncəsi pessimistsiniz?
- Xeyr. Biz bu AÇ-də istənilən qrupdan çıxa bilərik. Sadəcə, bütün komandalar yenilənsə də, bircə Azərbaycan yığması dəyişməz olaraq qalır, bizdə heç nə dəyişmir.

- Bunu nə ilə izah etmək olar?
- Baş məşqçi amili ilə. Yəni Joze Alesio ilə. Bizimkilərə halaldı ki, neçə illərdi bir nəfərə güvənirlər. Lakin inkişaf etmək üçün bəzən nəyisə dəyişmək lazımdı. “Bavariya” ötən mövsüm mümkün olan hər şeyi qazandı, amma baş məşqçisini dəyişdi.

- Bəlkə rəhbərliyi bu qane edir?
- Belə olmaz. Məşqçinin öz postunu itirmək qorxusu olmalıdı. Onu indiki zamanda hər şey qane etdiyi üçün komandada heç bir dəyişiklik etmək istəmir. Çox pessimist görünmək fikrim yoxdu. Amma mənə elə gəlir ki, qarşıda yığmanı heç də asan günlər gözləmir.

- “Araz”ın Fərzəliyevlə Fərəczadədən imtinasını necə qarşıladınız?
- Onlar uzun illər bu komandada top qovmuşdular. Mənə elə gəlir ki, intizam hər şeydən önəmli məsələdi. Amma orda konkret nə baş verdiyindən xəbərim yoxdu. Ona görə də bu barədə başqa nəsə deyə bilmərəm.

- “Araz”ın UEFA Kubokundakı şanslarını necə qiymətləndirə bilərsiz? Komandamızı Rumıniyanın “Tarqu Mureş”, Belçikanın “Şatelino” və Yunanıstanın “Afina” klubları ilə duellər gözləyir...
- Komandamız bu qrupdan çıxacaq gücdədi. Mən hətta buna əminəm. Amma rəqibləri hesabdan silmək, arxayınlaşmaq olmaz. Asan olmayacaq. Lakin hər şey Azərbaycan çempionunun öz əlindədi.

- “Araz”ın heyəti daha çox əcnəbilərdən təşkil olunub. Bu, sizi narahat etmir?
- Bu, mənfi təsir göstərə bilər. Çünki nəticə qazanılmasa, buna ən çox üzülən yerli oyunçular olacaq. Amma bütün legionerləri eyni hesab etmək olmaz. Gəlin, öncə komandanın necə çıxış edəcəyini gözləyək.