2 oktyabr 2013 11:44
Land of Fire Azerbaijan ilə ÇL-də ikinci zəfər (FOTOLAR)
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ötən gecə G qrupunda qərarlaşan İspaniyanın “Atletiko” klubu da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Portuqaliyanın “Porto” klubu ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, Dieqo Qodin və Arda Turanın vurduğu iki qol ispanlara qələbə qazandırıb.
Qeyd edək ki, bu, “Azerbaijan. Land of Fire” reklamı ilə çıxış edən komandanın qrupdakı ardıcıl ikinci qələbəsidi. Madrid klubu ilk oyununda da Rusiya “Zenit”ini 3:1 hesabıyla üstələmişdi.
