2 oktyabr 2013 11:52

Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin son iki oyunu üçün 25 futbolçu çağırdı

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq və bu oyunlara hazırlıq məqsədilə oktyabrın 5-dən 15-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts yığmamıza 25 futbolçu dəvət edib.
 
Onların siyahısını təqdim edirik:

Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Sumqayıt), Səlahət Ağayev (İnter);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı “Qarabağ”), Vladimir Levin, Elnur Allahverdiyev (hər ikisi “Qəbələ”), Rasim Ramaldanov (Xəzər Lənkəran), Mahir Şükürov (Neftçi), Ruslan Əmircanov (İnter), Ufuk Budak (Əskişəhərspor, Türkiyə);
 
Yarımmüdafiəçilər: Əli Gökdemir (Hannover, Almaniya), Qara Qarayev (Qarabağ), Ruslan Abışov (Rubin, Rusiya), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Cavid Hüseynov, Əfran İsmayilov (hər ikisi “Bakı”);
 
Hücumçular: Vaqif Cavadov (İnter), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Kayzerslautern, Almaniya).

Bu 25 oyunçu ilə yanaşı Foqts daha beş futbolçunun adını ehtiyat heyətə salıb. Bunlar “Bakı”dan Şəhriyar Əliyevlə Elvin Məmmədov, “İnter”dən Elhad Nəziri, “Simurq”dan İlkin Qırtımov, “Sumqayıt”dan Pərdis Fərcad-Azaddı.
 
Qeyd edək ki, Ufuk Budak və Rüfət Dadaşov toplanışda oktyabrın 6-dan, Ruslan Abışov və Cihan Özkara oktyabrın 7-dən etibarən iştirak edəcək. Əli Gökdəmirin millinin toplanışına qoşulacağı vaxt barədə daha sonra məlumat veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.