3 oktyabr 2013 00:07
Azərbaycan – Rusiya matçı üçün 3 variant
Məlum olduğu kimi, oktyabrın 15-də Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan – Rusiya matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin gün iki ölkənin veteran futbolçuları arasında da matç baş tutacaq.
Komandamız bu oyuna təxminən 30 nəfərdən ibarət veteran futbolçu ilə hazırlaşır. Yığmamızı ruslarla qarşılaşmaya Ağasəlim Mircavadov, Səməd Qurbanov və Şamil Heydərovdan ibarət məşqçilər korpusu çıxaracaq.
Hələlik oyunun harda keçiriləcəyi dəqiqləşməyib. Hazırda “Dalğa Arena”, “Şəfa” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu matçın keçirilməsinə əsas namizəd sayılır.
Hələlik oyunun harda keçiriləcəyi dəqiqləşməyib. Hazırda “Dalğa Arena”, “Şəfa” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu matçın keçirilməsinə əsas namizəd sayılır.
Qeyd edək ki, Rusiyanın veteranlardan ibarət yığması Bakıya oktyabrın 14-də təşrif buyuracaq.
