3 oktyabr 2013 00:14
Andrey Voronin: Azərbaycan ilə oyun göründüyü qədər asan keçməyəcək
Moskvanın “Dinamo” klubunun hücumçusu Andrey Voronin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Rusiya yığmasının taleyi öz əlindədi. Hər şeyə komanda özü aydınlıq gətirməlidi. Qarşıdakı Lüksemburq və Azərbaycanla oyunlar çoxları üçün asan görüş təsiri bağışlayır. Amma çətin ki, bu oyunlar göründüyü qədər adi alınsın. Ən vacib məqamlardan biri arxayınlaşmamaqdı. Portuqaliyaya qarşı hansı istəklə oynayırdıqsa, bu oyunlarda da eyni cür çıxış etməliyik”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də Bakıda, “Bakcell Arena”da keçiriləcək və saat 22:00-da start götürəcək.