2 oktyabr 2013 12:43
Qırğızıstan - Azərbaycan matçının başlanma vaxtı açıqlandı
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası noyabrın 19-da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçiriəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı müəyyənləşib.
Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda təşkil olunacaq yoldaşlıq görüşü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq. (AFFA)
