2 oktyabr 2013 20:45
Araz ilk oyununda 5 qolla qalib gəldi (YENİLƏNİB)
Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Kubokunun birinci mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 6-cı qrupda mübarizə aparan təmsilçimizin Buxarestdəki ilk rəqibi Yunanıstan klubu olub.
“Afina” ilə görüş komandamız üçün uğurlu alınıb. Nəticədə, Joze Alesionun yetirmələri turnirə qələbə ilə başlayıblar.
Bu qrupun digər oyununda isə meydan sahibi olan Rumıniyanın “Tarqu Mureş” klubu Belçika “Şatelino”su ilə qarşılaşıb.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.
UEFA Kuboku
6-cı qrup
2 oktyabr
Araz -Afina - 5:1
Qol: Fabiano, 5 (1:0), Amadeu, 7 (2:0), Murdukutas, 7 (2:1), Borisov, 11 (3:1), Biro Jade, 30 (4:1) Borisov, 39 (5:1).
ARAZ: 1. Buranello, 5. Felipe, 6. Edu, 15. Rafael, 14. Borisov (k).
Ehtiyat oyunçular: 19. Zamanov, 2. Periç, 3. Fabiano, 10. Biro Jade, 13. Qəmbərov, 7. Çovdarov, 8. Atayev, 9. Amadeu, 11. Davi.
AFİNA: 1. Teofilu (k), 10. İliadis, 2. Busburas, 14. Murdukutas, 12. Papaefstrartiu.
Ehtiyat oyunçular: 19. Axis, 4. Beqay, 5. Maltezos, 6. Papadopulos, 8. Artinos, 9. Kontarinis, 11. Ziakas, 13. Teodoropulos, 7. Darlas.
