2 oktyabr 2013 14:03
Xəzər Lənkəran paytaxtda ilk məşqinə çıxdı
Dünən “Rəvan”la oyunun Lənkərandakı hazırlığını başa vurub Bakıya yola düşən “Xəzər Lənkəran” bu gün səhər saatlarında ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan hazırlıq bir saat davam edib.
Futbolçular yalnız taktiki çalışmaları yerinə yetirdilər. Sabah “Bayıl Arena”da oyunöncəsi son məşqinə çıxacaq komanda məskunlaşdığı oteldə oyun saatını gözləyəcək.
