2 oktyabr 2013 18:04
İsayev oynadı, Dənizlispor kubokla erkən vidalaşdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Dənizlispor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.
Sözügedən komanda ilk cəhdində “Manavqat Evrensekispor”la qarşılaşıb. Oyun çoxlarının gözləmədiyi halda aşağı liqada çıxış edən rəqib komandanın xeyrinə başa çatıb.
Azərbaycanlı futbolçular – Arif İsayevlə Saşa Yunisoğlunun bu görüşdə iştirak edib-etməyəcəyi maraqla gözlənilirdi. Arif start heyətdə yer alıb. Lakin o, fasilədə əvəzlənib. Saşa isə ümumiyyətlə matçın iştirak ərizəsində yer almayıb.
Türkiyə Kuboku
2-ci tur
2 oktyabr
Dənizlispor - Manavqat Evrensekispor - 1:2
