2 oktyabr 2013 19:55
Subaşiçli Orduspor penaltilərlə mərhələ adladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Orduspor” klubu da bu mərhələdə qüvvəsini sınayıb.
Sözügedən komanda ilk cəhdində “Gölcükspor”u mübarizədən kənarlaşdırmalıydı. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunan yarım saatda da qol olmayınca qalibi penaltilərlə müəyyənləşdirməyə ehtiyac duyulub. Daha dəqiq olan "Orduspor" mərhələ adlayan tərəf olub.
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin bu oyunda iştirakı sual altındaydı. Çünki məşqçilər korpusu zəif rəqiblə dueldə ehtiyat qüvvədən yararlanmağa qərar vermişdi. Bu üzdən Subaşiç də oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Amma 75-ci dəqiqədə baş məşqçi onu da "döyüş"ə atıb.
Türkiyə Kuboku
2-ci tur
2 oktyabr
Gölcükspor – Orduspor - 0:0 (penaltilərlə - 4:5)
