2 oktyabr 2013 14:55
UEFA Kubokunun oyunları Bakıda keçirilə bilər
Futzal üzrə UEFA Kubokunun elit raundunun oyunları Bakıda keçirilə bilər. Azerisport.az xəbər verir ki, Azərbaycan paytaxtı qitə birinciliyinin final mərhələsinin görüşlərinə ev sahibliyi etməyə iddialıdı.
“Bakı”nın bu oyunları keçirib-keçirməyəcəyinə noyabrda aydınlıq gəlməlidi. Amma bunun üçün Azərbaycanın UEFA Kubokundakı təmsilçisi “Araz”ın elit raunda yüksəlməsi də şərtdi. Çünki final mərhələsini məhz iştirakçı klublar təşkil edə bilərlər.
Maraq üçün bildirək ki, “Araz” UEFA Kubokunun elit raunduna yüksəlmək üçün Rumıniyanın “Tarqu Mureş”, Belçikanın “Şatelino” və Yunanıstanın “Afina” klublarından güclü olmalıdı. Komandamız ilk oyununu bu gün Yunanıstan klubuna qarşı keçirəcək.
