2 oktyabr 2013 15:16
Rauf Əliyev: Azərbaycan Şimali İrlandiya və Rusiya ilə oyunlarda 6 xal qazana bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın 9-cu turunda sizi keçmiş komandanız “Qarabağ”la oyun gözləyir. Bu oyun öncəsi nə deyə bilərsiz?
- “Qarabağ” barədə danışmaq mənim üçün çox çətindi. Mən bir neçə il bu komandada oynamışam və bilirəm ki, güclü heyətə malikdilər. Son turlarda xal itkisi ilə üzləşmələri bizə qarşı daha ciddi hazırlaşmalarına səbəb olacaq. Amma buna baxmayaraq, biz də qələbəyə oynayacağıq. Bizə xal itirmək olmaz.

- “Bakı” ilə “Qarabağ”ı necə müqayisə edə bilərsiz?
- “Qarabağ”ın formalaşmış heyəti var. Oyunçuları bir-birini çox yaxşı başa düşür. “Bakı” isə hələ yenicə öz oyununu tapmağa başlayıb. Biz hamımız çempionluq uğrunda mübarizə apara biləcək komanda qurmaq üçün çox çalışırıq.

- Son turda beş oyuna cəmi iki qolun vurulması sizi təəccübləndirmədi?
- Mən digər oyunlara o qədər də diqqət yetirmirəm. Bizim üçün “Sumqayıt”la oyun daha vacib idi. Biz minimal hesabla qalib gəldik. Hər halda bu, üç xal qazanmağımız üçün yetərli oldu. Bir tura görə bütün hücumçuları qınamaq da olmaz. Digər çempionatlarda da bəzən məhsuldar keçməyən turlar olur.

- Yığmamızı qarşıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya ilə oyunlar gözləyir. Sizcə, komandamız həmin oyunlarda neçə xal qazana bilər?
- Çoxları yığmaya inanmır. Amma biz hər iki oyuna ciddi hazırlaşacağıq. Fikrimcə, bu seçmə mərhələni dördüncü yerdə başa vurmaq üçün çox yaxşı şansımız var.

- Yəni, siz komandamızın qrup sonuncusu olmayacağına inanırsız?
- Mən hər iki oyunda sona kimi döyüşəcəyimizə əminəm. Şimali İrlandiya ilə səfərdə çox yaxşı oynamışdıq. Bu komandanı evdə məğlub edə bilərik. Rusiyaya gəlincə, biz onlara Moskvada layiqli müqavimət göstərə bildik. Ruslar sadəcə mübahisəli penalti sayəsində qələbə qazandılar.

- Dörd il öncə Rusiya ilə Bakıda heç-heçəyə razılaşmışdıq (1:1)...
- O vaxt onları Qus Hiddink çalışdırırdı. İndi isə Fabio Kapellonu məyus edə bilərik. Başa düşürəm ki, bu oyun Rusiyanın dünya çempionatına yollanmaq baxımından taleyini müəyyənləşdirəcək. Amma bizə də qələbə qazanmaq lazımdı. Həm də niyə bu iki oyunda altı xal qazanmağa çalışmamalıyıq ki?