3 oktyabr 2013 18:14
Rəvan - XL matçında hakim təyin etdiyi penaltini ləğv etdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun "Rəvan" - "Xəzər Lənkəran" oyununda hakim biabırçılığı qeydə alınıb. Azerisport.az xəbər verir ki, matçı idarə edən Nail Nağıyev öz qərarını dəyişib.
Belə ki, referi "Rəvan"ın qapısına penalti təyin edib və futbolçusuna sarı vərəqə göstərib. Lakin meydan sahiblərinin məşqçilər korpusunun etirazlarından sonra qərarını dəyişib.
