3 oktyabr 2013 11:17
Arazın rəqiblərinin oyunu 12 qolla bitdi, qalib olmadı
Rumıniyanın Buxarest şəhərində futzal üzrə UEFA Kubokunun birinci mərhələsinin 6-cı qrupunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan çempionu “Araz”ın rəqibləri də ilk oyunlarını keçiriblər.
Meydan sahibi olan Rumıniyanın “Tarqu Mureş” klubu Belçika “Şatelino”su ilə qarşılaşıb. Tərəflərin 12 qol vurduğu qarşılaşmada qalib müəyyənləşməyib – 6:6.
Qeyd edək ki, “Araz” ilk oyununu Yunanıstan “Afina”sına qarşı keçirib və 5:1 hesabıyla üstün olub.
