3 oktyabr 2013 11:35
Çesnauski və Kalonas Bakıdan gedir
Futbol üzrə Litva yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Latviya və Bosniya və Herseqovinaya qarşı keçiriləcək oyunlar üçün bütövlükdə 25 futbolçuya dəvət göndərilib.
Baş məşqçinin səlahiyyətlərini yerinə yetirən İqor Pankratyevin dəvət yolladığı oyunçular arasında Azərbaycanda top qovan iki futbolçu da var. Bunlar “Bakı”nın üzvləri – Deyvidas Çesnauski və Mindauqas Kalonasdı. Onlar da seçmə mərhələnin son oyununda iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Litva yığmasının latviyalılarla oyunu oktyabrın 11-də Vilnüsdə, bosniyalılarla qarşılaşması isə oktyabrın 15-də Kaunasda keçiriləcək.
