3 oktyabr 2013 11:52
Yığmamızın üzvləri oynadı, Bakı Yunayted qalib gəldi
Futzal üzrə İngiltərə çempionu “Bakı Yunayted” UEFA Kubokunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda bu dəfə meydan sahibi olan Kiprin “Omoniya” klubuyla üz-üzə gəlib.
Qarşılaşma İngiltərədəki Azərbaycan komandasının xeyrinə başa çatıb – 1:0. Azərbaycan yığmasının üzvləri Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadə də bu qarşılaşmada iştirak ediblər.
Qeyd edək ki, iki turdan sonra “Bakı Yunayted” 4 xal toplayıb və ikinci yerdə gedir.
