4 oktyabr 2013 00:01
Rəvan ilk dövrənin son matçına hazırdı
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Xəzər Lənkəran”ı qonaq edəcək "Rəvan” bu oyuna hazırlığı başa vurub. Azerisport.az xəbər verir ki, ötən gün axşam saatlarında “Bayıl Arena”da keçirilən məşq bu baxımdan sonuncu olub.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular cinah asmalarının qapanması, qapıya zərbələr və standart vəziyyətlər üzərində çalışıb.
Qeyd edək ki, "Rəvan” – "Xəzər Lənkəran” oyunu bu gün “Bayıl Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
