4 oktyabr 2013 00:06

İlk dövrənin çempionu kim olacaq?

Bu gün Topaz Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin qarşıdakı oyunları ilə əlaqədar bu turun bütün görüşləri eyni gündə baş tutacaq.
 
Son turda səfərdə “Xəzər Lənkəran”ı məğlub edən “İnter” bu dəfə eyni aqibəti “Sumqayıt”a yaşatmağa çalışacaq. Mövsümün əsas uğursuzlarından sayılan “bankirlər” özü kimi autsayderlər qrupunda yer alan Aqil Məmmədovun komandası ilə görüşün favoritidi. Amma arabir favoritlərdən xal alan sumqayıtlıların qeyri-sabit çıxışıyla seçilən “İnter”dən xal alması da istisna edilmir.
 
Bu oyunla eyni saatda lider “Qəbələ” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Turun mərkəzi oyununa maraq böyükdü. Çünki turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaları bir-birindən cəmi 1 xal ayırır. “Neftçi” qalib gələcəyi halda “Qəbələ”nin liderliyinə son qoymuş olacaq. Amma Yuri Syominin komandası qalib gəlsə, “ağ-qaralar”la xal fərqini artırmaq şansı qazanacaq. Mümkün heç-heçə isə daha çox liderliyi ələ keçirməyə çalışan “Qarabağ”ın işinə yaraya bilər.
 
Son turu bir xalla başa vurmuş AZAL ilə “Simurq” bu dəfə qələbə qazanmağa çalışacaqlar. Təbii ki, oyunun Şüvəlanda keçirilməsi “təyyarəçilər”ə əlavə üstünlük qazandırır. Amma nəzərə alsaq ki, Zaqatala klubu da bu mövsüm Bakıda xeyli oyuna çıxıb, bu komandanın paytaxtda özünü qonaq kimi hiss etməyəcəyi dəqiqdi.
 
Ötən tur evdə “İnter”ə məğlub olan “Xəzər Lənkəran” bu yenilginin qisasını “Rəvan”dan almağa çalışacaq. Baxmayaraq ki, oyun səfərdə baş tutacaq. Bu, müəyyən qədər “aslanlar”a əlavə üstünlük qazandıran amil sayıla bilər. Daha bir maraqlı məqam “Xəzər Lənkəran” üçün “Rəvan”la oyunların o qədər də uğurlu alınmamasıdı. Nə qədər qəribə görünsə də, cəmi bir dəfə paytaxt klubundan 3 xal almış “ağ-yaşıllar” iki dəfə məğlubiyyətlə üzləşib. Qalan üç görüşdə isə tərəflər xalları yarı bölüblər.
 
Turun qapanış matçında isə “Bakı” ilə “Qarabağ” qarşılaşacaq. Qısa fasilədən sonra yenidən Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan Ağdam klubu bu dönüşünü qələbə ilə qeyd etməyə çalışacaq. Amma “Bakı” da məğlub olmağa hazırlaşmır. Bu oyunu bəlkə də cari mövsümün ən yaxşı futbol sərgiləyən iki komandasının dueli kimi də qiymətləndirmək olar. Ağdam klubu “Qəbələ” – “Neftçi” oyununda əsas rəqiblərinin xal itirməsinə ümid bəsləməklə liderliyə yüksəlməyi hədəfləyib. Eyni zamanda Milinko Pantiçin yetirmələri də üst pillələrə yüksəlmək üçün əlindən gələni edəcək.
 
Topaz Premyer Liqası
9-cu tur
4 oktyabr (cümə)
 
16:00. Sumqayıt – İnter
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
 
16:00. Qəbələ – Neftçi
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Namiq Hüseynov, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu.
 
18:00. AZAL – Simurq
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “AZAL Arena”.
 
18:00. Rəvan – Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Zeynal Zeynalov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimləri: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bayıl Arena”.
 
20:00. Qarabağ – Bakı
Hakimlər:  Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
 
 
 
 
 
 
 
 
 
 
1
Qəbələ
8
5
1
2
13
7
6
16
2
Qarabağ
8
4
3
1
11
4
7
15
3
Neftçi
8
4
3
1
10
5
5
15
4
Bakı
8
4
1
3
16
7
9
13
5
AZAL
8
4
1
3
8
10
-2
13
6
Simurq
8
3
3
2
7
6
1
12
7
XL
8
2
3
3
6
8
-2
9
8
İnter
8
2
1
5
14
15
-1
7
9
Sumqayıt
8
1
2
5
5
13
-8
5
10
Rəvan
8
1
2
5
3
18
-15
5
 
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı)
3 - Əfran İsmayılov (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.