4 oktyabr 2013 00:12
İnter oyun öncəsi son məşqə çıxdı
Məlum olduğu kimi, bu gün Azərbaycan Çempionatının 9-cu turu çərçivəsində “Sumqayıt” – “İnter” matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, ötən gün komanda Sumqayıta gəlib və saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edib.
Məşq 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə davam edib. Futbolçular oyun öncəsi son hazırlıqlarını digər taktiki tapşırıqları yerinə yetirməklə başa vurublar.
Qeyd edək ki, “Sumqayıt” – “İnter” matçı bu gün keçiriləcək və saat 16:00-da başlayacaq.
